Şagirdlərin yol hərəkəti qaydalarına daha mükəmməl yiyələnmələri, bu sahədə davranış mədəniyyətinin formalaşdırılması məqsədilə Xocalı rayon məktəblərində tədris ili ərzində mütəmadi olaraq "Yol hərəkəti qaydalarını öyrənək" adlı maarifləndirici tədbirlər keçirilmişdir. Tədbirlərdə Xocalı rayon Polis Şöbəsinin Dövlət Yol Bölməsinin əməkdaşları - Sadiq Kərimli, Budaq Məmmədov iştirak edərək yol hərəkəti qaydalarına dair məlumatlar veriblər. Statistik göstəriciləri diqqətə çatdırıblar. Qeyd edilib ki, tətbiq edilən nizamnamələr və aparılan tədbirlər nəticəsində ilbəil yol hadisələrinin sayı azalmağa doğru gedir. Tədbirdə şagirdlər hazırladıqları yol hərəkətləri qaydaları haqqında plakatları nümayiş etdirdilər, bildikləri məlumatları paylaşdılar və onları maraqlandıran sualları yol polisi əməkdaşlarına ünvanladılar. Çıxış edən məktəb rəhbərləri və müəllimlər belə maarifləndirici tədbirlərin əhəmiyyətini vurğuladılar və mətəmadi təşkil edilməsinin vacibliyini diqqətə çatdırdılar.